“Canlı kitabxana” nın oxucuları

“Azərbaycan Gəncliyi Dövlət Proqramı “ nın 5.10.1 yarımbəndinin icrası məqsədi ilə yanvarın 14-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Canlı kitabxana” intelektual oyunu keçirildi.

Uşaqların bədii söz sənətinə marağını artırmaq, oxuduğu əsərin məzmununu oxucuya çatdırmaq bacarığını yoxlamaq üçün keçirilən intelektual oyunda məktəbimizi 8 ”F” sinif şagirdi Rəqsanə Ağazadə təmsil etmişdir. O, C.Cabbarlının “ Solğun çiçəklər ” əsəri ilə yarışa qatılmışdır. Gözəl nitqi, dolğun fikirləri ilə oxucu kütləsini maraqlandıran təmsilçimiz Fəxri Fərmana layiq görülmüşdür. Oxucularımız Validə Zülfüqarlı və Zəhra Fərəcova isə Ə.Məmmədxanlının “ Buz heykə l”, R.N.Güntəkinin “ Çalıquşu ” əsərlərini dinləmişdilər. Beləliklə, bu cür yarışmaların keçirilməsi gənc nəslin bədii təfəkkürünün formalaşmasına xidmət edir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi