Şəhidlər Xiyabanı and yerimizdir

Azərbaycan tarixinin şanlı səhifəsi 20 Yanvar hadisələrinin 30 illiyi münasibətilə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər gənc nəslin milli ruhda, dəyərlərimizə hörmətlə böyüməsinə xidmət edir. Məktəbin tarix müəllimi Səriyə Əhmədova  da 5 “E” sinif şagirdləri ilə xalqımızın azadlıq fədailərini ziyarət etdi. Şəhidlər xiyabanında uyuyan igidlərin: Əlif Hacıyev, Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, eləcə də 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və başqalarının məzarını ziyarət edə-edə müəllim onlar haqqında ətraflı məlumat verdi. Yurdumuza dəstək verən Türk əsgərinin abidəsinə də tər çiçəklər qoyan şagirdlər vətənimizin tarixi və keçdiyi yolla qurur duyduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi