“Ədəbiyyat biliciləri” müsabiqəsinin ilk mərhələsi

Bədii ədəbiyyata maraq, sözə dəyər vermək həmişə diqqət mərkəzindədir. Məktəblərdə bu marağı artırmaq üçün Təhsil Nazirliyinin dəstəyi ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi təşkil edilir. Artıq neçə ildir ki, şagirdlərimiz bu müsabiqədə iştirak edir və qələbələri ilə bizi sevindirirlər. Bu gün məktəbin ədəbiyyat biliciləri ilə ilk görüş keçirildi. Bu görüş müsabiqənin məktəb mərhələsi idi. Bu mərhələdə şagirdlər oxuduqları əsərlər, onların sayı, müəllifi, mövzusu və ideyası ilə bağlı münsiflərin suallarını cavablandırdılar.