Şəhidlər Xiyabanında bədii kompozisiya

Xalqımızın qəhrəmanlıq səhifəsini bəzəyən müqəddəs bir gün var- 20 Yanvar. Bu tarix millətimizin azadlıq yolunda ilk cığırıdır. Bu cığırla gedən əliyalın vətən sevgisi ilə silahlanmış soydaşlarımız 30 ildir ki, əbədiyyətə qovuşub.30 ildir ki, Azərbaycan deyilən bir məmləkətin sinəsində “ 20 Yanvar “ adlı həm ağrılı, həm də şərəfli bir nişan var. 30 ildir yüzlərlə ailəni qaranlığa qərq etmiş bir həsrət, böyük bir millətin azadlıq yoluna nur saçır.

Bu nura qərq olmaq, canından keçən igidləri yad etmək üçün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 6 “Ə” sinfinin “ balaca əsgərləri ” ilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərin ruhuna həsr etdikləri “ Axı biz neynəmişdik “ kompozisiyası ziyarətə gələn vətəndaşların, eləcə də əcnəbi turistlərin böyük marağına səbəb oldu. Şagirdlərin fəallığı, vətənpərvər şeirləri ziyarətçiləri valeh etdi. Onların çıxışı sübut etdi ki, bu müqəddəs məbəddə uyuyan vətən övladlarının əməlləri daim yaşayacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi