I.Şıxlının "Məleykə xala" hekayəsinə həsr olunmuş " Dəyirmi masa "

Bədii ədəbiyyata sevgiyə yaş məhdudiyyəti yoxdur. Bütün yaşlarda bu məhəbbətə ehtiyacımız var. Bu mənada ədəbiyyat bilicilərinin sayını artırmaq, onlarda bədii söz sənətinə marağı artırmaq üçün müxtəlif planlar həyata keçirilir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova və 5 “D” sinfinin ədəbiyyat biliciləri İ.Şıxlının “Məleykə xala “ hekayəsini təhlil etmək üçün məktəb kitabxanasına yığışdılar. Kitabxanaçılar Səyyarə Əlixanova və Nuridə Quliyevanın da iştirak etdiyi ” Dəyirmi masa ”da Məleykə xala və onun oğlu ilə bağlı müxtəlif fikirlər söylənildi. Onlar bildirdilər ki, müharibə dəhşətdir və bu dəhşətin içində olmaq, onu yaşamaq dözülməzdir. Torpağı işğal altında olan və yüzlərlə əsir düşmüş, şəhid vermiş övlada sahib xalqımız bu sınaqdan da layiqincə çıxacaq. Çünki torpaq qorunanda Vətən olur.