“ Hər birimiz həmrəy olaq” adlı tədbir

Məktəbin ibtidai sinif müəllimi Günel Rüstəmova rəhbərlik etdiyi 1 “F” sinfində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il “ münasibəti ilə “ Hər birimiz həmrəy olaq” adlı tədbir təşkil etdi. Tədbirdə uşaqlar şeir dedilər, mahnı oxudular və rəqs etdilər. Məktəbin direktoru Dadaş Əliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova tədbirdə iştirak edərək uşaqların bayramlarını təbrik edib onlara xoş arzular dilədilər. Bu gün Şaxta babanın iştirakı ilə xoş bir xatirə kimi uşaqların yaddaşına həkk olundu.