“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il “ münasibəti ilə tədbir

Məktəbin ibtidai sinif müəllimi Büllur Novruzova rəhbərlik etdiyi 1 “G” sinfində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il “ münasibəti ilə tədbir keçirdi. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova iştirak etdi. Uşaqlar şeirlər söyləyib, rəqs etdilər. Müxtəlif nağıllardan səhnəciklər təqdim edilərək mahnılar ifa olundu. Tədbirin sonunda Dadaş müəllim çıxış edərək uşaqların əməyini yüksək qiymətləndirdi və onlara gələcəkdə nailiyyətlərlə dolu illər arzuladı.