08.04.2016-cı il tarixində 10A sinfində tarix müəllimi Abdullayeva Lətifə Qara qızının "Şəhidlər ölməz,vətən bölünməz" mövzusunda açıq dərs.

08.04.2016-cı il tarixində 10A sinfində tarix müəllimi Abdullayeva Lətifə Qara qızının "Şəhidlər ölməz,vətən bölünməz" mövzusunda açıq dərs keçmişdir.Tarix müəllimi Lətifə müəllimə dərsdə son günlərdə cəbhədə baş verən hadisələr və torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Prezidentinin başçılığı altında aparılan hərbi əməliyyatlar, ordumuzun qazandığı müvəffəqiyyətlər haqqında şagirdlərə məlumat verdi.Lətifə müəllimə həmçinin şagirdlərə bildirdi ki, əgər bu gün siz bu parta arxasında oturaraq Qarabağ bizimdir deməyi bacarırsinizsa deməli bizim böyüklərimizdə bunu bacaracaq ya sülh yolu ilə, ya da müharibə yolu ilə Qarabağın tarixinin həll olunduğu günlərdə biz hamımız birləşəcəyik. Daha sonra dərsin sonunda şagirdlər ayağa qalxaraq "Qarabağ bizimdir, bizim olacaq" şüarını dedilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi