"Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz..."

Məktəbin 5 “F” sinif şagirdləri Qafarova Aliyə və Qafarov Məhəmməd “ Saleh Tədris Mərkəzi ” tərəfindən keçirilən Bilik Olimpiadasında V siniflər arasında fəal iştirak edərək yüksək nəticələr əldə etmişlər. Qafarova Aliyə 1-ci yerin, Qafarov Məhəmməd isə 3-cü yerin sahibi olmuşdur. Məktəbin direktoru Dadaş Əliyev onları qalib olduqları üçün təbrik etmiş və müvəffəqiyyətlər arzu etmişdir.