Heydər Əliyev Mərkəzinə ekskursiya

Ulu Öndər Heydər Əliyev dünyasına baş vurmaq, onun əvəzsiz fəaliyyətini öyrənmək, eləcə də Heydər Əliyev və Azərbaycan aləminə səyahət etmək hər bir azərbaycanlının, xüsusən də uşaqların ən böyük arzusudur. Məhz onların bu arzularını gerçəkləşdirmək məqsədi ilə məktəbin tarix müəllimi Səriyə Əhmədova və biologiya müəllimi Samirə Hüseynova balaca fidanlarını Heydər Əliyev Mərkəzinə ekskursiyaya apardılar. Mərkəzə səyahət zamanı 5 “E” və 5 “D” sinif uşaqları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən lövhələrlə, onun şəxsi əşyaları, o cümlədən xalqımızın tarixi və mədəniyyəti ilə bağlı eksponatlarla tanış oldular. Gözəl bir gün keçirən şagirdlər bu qədər geniş fəaliyyətə sahib insanın yalnız bir azərbaycançı deyil, həm də Azərbaycanın dünyaya açılan qapısı olduğuna şahidlik etdilər.