Növbəti monitorinq keçirildi

Dekabrın 14-də Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və buraxılış imtahanlarına hazırlıq məqsədi ilə IX sinifdə oxuyan şagirdlərin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə II monitorinqi təşkil olundu. Birgə əməkdaşlıq şəraitində keçən imtahanlarda şagirdlərimizin buraxılış imtahanlarına daha yaxşı hazırlıqlı olacağını əminliklə söyləmək olar.