Valideynin məktəbdə bir günü

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı məqsədilə səmərəli platformanın yaradılması, təhsil siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin olunması, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə dekabrın 13-də “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Layihə çərçivəsində ibtidai (I-IV) sinif blokunda təhsil alan şagirdlərin valideynlərinin məktəbə ziyarəti təşkil edilmişdir.
2018-2019-cu tədris ilində təşkil olunmuş görüşlərin davamı olaraq valideynlər məktəb daxilində həyata keçirilən layihələrlə, onların əhəmiyyəti, layihələr çərçivəsində reallaşdırılmış fəaliyyətlər, nəticələri, faydaları, şagirdlərin təşəbbüsü ilə icra olunmuş tədbirlər barədə məlumatlandırılmış, layihələrin icrası istiqamətində formalaşdırılmış təhsil infrastrukturu ilə tanış edilmiş, məktəbin kitabxana işçilərinin fəaliyyət istiqamətləri və şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi sahəsində reallaşdırılmış layihələrlə bağlı məlumatlandırılmış, şagirdlərin fiziki və mənəvi sağlam ruhda böyüməsinə, asudə vaxtının səmərəli təşkilinə xidmət edən tədbirlərin fəaliyyəti barədə məlumatlar təqdim olunmuşdur.