Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “Təşkilat saatı”

Məktəbimizin ibtidai sinif müəllimi Ruba Eyvazova rəhbərlik etdiyi 2 “Ç” sinif şagirdlərilə birlikdə Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı “Təşkilat saatı” keçirtdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra isə şagirdlər şeir və mahnılar ifa etmişlər. Sonda ulu öndərə həsr olunmuş sərginin önünə tər qərənfillər düzərək ümummilli liderə sonsuz ehtiramlarını bildirmişlər.