"Fenomen şəxsiyyət...Siyasi portret...Heydər Əliyev dühası..."

Dekabrın 12-də məktəbin fiziki tərbiyə müəllimi Firuzə Xudiyeva rəhbərlik etdiyi 10 “Ç” sinif şagirdlərinin iştirakı ilə "Fenomen şəxsiyyət...Siyasi portret...Heydər Əliyev dühası..." adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının himni ilə başlandı. İştirakçılar Heydər Əliyevin həyat və yaradıcılığı, xalqımızın rifahı naminə gördüyü işlər barədə ətraflı danışdılar. Onlar qeyd etdilər ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər. Heydər Əliyevə həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa edildi, videoslaydlar nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyevə söz verildi. O, Heydər Əliyevlə bağlı xatirələrini izləyicilərlə bölüşdü.