Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Dəyirmi masa”

Dekabrın 11-də məktəbin fizika müəllimi Aybəniz Cəfərova rəhbərlik etdiyi 9 “F” sinif şagirdləri ilə birgə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Dəyirmi masa” keçirtdi. “Dəyirmi masa” da ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu. Şagirdlər qeyd etdilər  ki, Azərbaycan tarixində dərin, pozulmaz izlər qoymuş Heydər Əliyevin əziz və parlaq xatirəsi xalqımızın qəlbindən heç vaxt silinməyəcək. Onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır. Sonda sinif rəhbəri çıxış edərək bildirdi ki, ulu öndərin vəfatından 16 il ötməsinə baxmayaraq onun bu xalq, millət, ən əsası da müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi