Poeziya vurğunları

2019-cu il Azərbaycanın ədəbiyyat və mədəniyyət səlnaməsinə “Nəsimi ili” kimi həkk olundu. Bu məqsədlə respublikamızda müxtəlif tədbirlər həyata keçirildi. Belə tədbirlərdən biri də Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Bakı şəhəri ümumtəhsil məktəblər arasında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil olunan “Şairə ithaf” adlı şeir müsabiqəsidir. Məktəbimizin qiraət həvəskarları 11 “Ç” sinif şagirdi Nuray Nəcəfova və 9 “C” sinif şagirdi Aydan Sultanova öz istedadları ilə bu müsabiqənin poeziya aləminə qatıldılar. 200-də artıq məktəbli arasında hər iki şagirdimiz yüksək fəallıq göstərərək münsiflərin rəğbətini qazanmışlar. Məktəblilərimizi təbrik edən AMEA-ın elmi işlər üzrə direktor müavini Aygün Bağırlı və QKU-nun filologiya fakültəsinin dekanı Fəridə Vəliyeva onların gələcəyinə böyük ümid etdiklərini bildirdilər. Qiraətçilərimizin bu qələbəsi məktəblilər arasında şeirə, poeziya və onun yaradıcılarına marağın göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi