"Həmid Araslı yaradıcılığı"na səyahət

Məktəbimizdə Ədəbiyyatımızı sevdirmək, onun tarixini öyrətmək, təbliğ etmək istiqamətində müxtəlif tədbirlər keçirilmiş, müsabiqələr və “ Dəyirmi masa”lar təşkil edilmişdir. Bu gün məktəbimizin 9 “F” sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın məsləhəti ilə klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı, folklorşünas alim Həmid Araslı yaradıcılığına müraciət etdilər.

Əvvəlcə, Xalidə müəllimə Həmid Araslı yaradıcılığı haqqında ümumi məlumat verdi, alimin həyat və yaradıcılığını əks etdirən videoçarxlar göstərildi. Şagirdlərimizdən Nihat Xancanlı, Ağamusa Axundzadə “Həmid Araslı və “Kitabi –Dədə  Qorqud”, Səbinə Əhmədova “Həmid Araslı yaradıcılığında şifahi xalq ədəbiyyatı”, Həcər Məmmədova “Həmid Araslı yaradıcılığında Nəsimi irsinin öyrənilməsi” və.s. mövzularda məruzələrlə çıxış etdilər. Beləliklə, “Dəyirmi masa”dan bir daha aydın oldu ki, klassik poeziya nümayəndələrimizin həyat və fəaliyyətini öyrənmək baxımından Həmid Araslı yaradıcılığı əvəzsizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi