"Ətraf münasibətlər"in təsiri

Ətrafdakılarla rəftar uşaq və yeniyetmələrdə daha çox rast gəldiyimiz problemlərdəndir. Bu problemi aradan qaldırmaq işi daha çox ailədən və məktəbdən asılıdır. Məktəbimizin psixoloqu Nurlanna Əhmədova şagirdlərdə tez-tez rast gəldiyimiz uşaq-yaşıdı, uşaq-müəllim, uşaq-valideyn münasibətlərini düzgün qurmağa kömək etmək üçün psixoprofilaktik söhbətlər aparır. Bu dəfə də 9 “C” sinif şagirdləri ilə sadalanan məsələlərə münasibət bildirdilər. Diskusiya zamanı problemləri yaradan amillər və onların aradan qaldırılması üçün təkliflər irəli sürüldü. Çünki bu günün yeniyetməsi sabahın vətəndaşı, ata və anasıdır. Onlar ətrafı ilə düzgün və sağlam münasibətdə olmalıdırlar.