Mənəvi dəyərlərimizi unutmayaq

Ədəbli olmaq, ətrafdakılara mərhəmət və sevgi ilə yanaşmaq hər kəsə nəsib olmur. Amma ən azından bu keyfiyyətlərə malik olmağa can atmaq yüksək dəyərdir. Böyük Çin filosofu Konfutsinin təlimi ilə Fəridəddin Əttarın nəsihətləri də insanları məhz bu dəyərlərə çağırır. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 8 “F” sinif şagirdləri ilə bu çağırışa hay vermək istədilər. Uşaqlar filosofun təlqin etdiyi insanpərvərlik, borc hissi, səmimilik, ədəb-ərkanlıq və oğulluq kimi əxlaqi keyfiyyətlərin layiqli bir vətəndaş olmaq üçün əvəzsiz rolundan bəhs etdilər. F.Əttarın nəsihətləri onlarda mənəvi dəyərlərin, ailəyə, vətənə, valideynə sevginin formalaşmasında əvəzsiz olduğunu bildirdilər. Sonda Məhəmməd Peyğəmbərin əxlaq və tərbiyə ilə bağlı hədislərini söyləyən şagirdlər hər üç şəxsin dəyərli fikirlərinin gənc nəslin düzgün tərbiyə olunmasında rolundan danışdılar. Ulu öndərin ölüm hökmünün ləğvi, əfv fərmanlarının imzalanması işini insanpərvərlik, səmimilik, mərhəmət hissi kimi dəyərləndirdilər.