QURD XƏSTƏLİKLƏRİNƏ QARŞI MÜBARİZƏ YOLLARI.

03. 12. 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə qurd xəstəlikləri haqqında maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Sabunçu rayonu 7 saylı Birləşmiş şəhər Xəstəxanasının həkimi Günay Kazımova iştirak etdi. O, şagirdlərə qurd xəstəliklərinin necə yaranması, onların qarşısının alınması tədbirləri haqqında söhbət açdı. Şagirdləri maraqlandıran suallar həkim G. Kazımova tərəfindən cavablandırıldı.