"SABAHIN SEÇİMİ" ADLI SOSİAL LAYİHƏ

26.11.2019-cu il tarixdə 28 nömrəli tam orta məktəbdə "Sabahın seçimi" adlı sosial layihə keçirildi. Sosial layihədə Bakı Şəhər Təhsil İdarəsinin baş məsləhətçisi Afiq Əzizov, Milli Hüquq Evinin rəhbəri N.Gözəlov, "Loqos" psixoloji mərkəzinin klinik psixoloqu A.Məmmədova, sosial layihəni təşkilatçıları, məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak etdi. 

Tədbirdə  sagirdlərə sabahın düzgün seçilməsinə həsr olunmuş video çarx göstərildi. Şagirdlərlə qarşılıqlı disskusiya təşkil olundu. Şagirdlərin verdiyi suallar ixtisasçılar tərəfindən cavablandırıldı. Diskussiya şəklində təşkil olunan tədbir şagirdlərin dünya görüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb etdi. Tədbirin sonunda sual-cavabda fəallıq göstərən şagirdlərə layihə təşkilatçıları tərəfindən sertifikat və cib dəftərləri təqdim olundu. Layihə iştirakçıları şagirdlərlə çay süfrəsində əyləşib, onlarla həmsöhbət oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi