Pedoqoji şuranın növbəti iclası

23.11.2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə pedoqoji şuranın növbəti iclası keçirildi. Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin məktəb direktorları ilə bağlı seminardakı çıxışından irəli gələn məsələlərə toxunulmuşdur. Pedoqoji şurada təhsilin keyfiyyəti,məktəbdə görülən işlər, dərsə davamiyyət, məktəbin daxili nizam-intizam qaydaları, məktəbdaxili qiymətləndirmə, monitorinqlərin nəticələri haqqında söhbət açıldı. IX sinif şagirdlərinin nəticələri və zəif oxuyan şagirdlərin təlim nəticələrinin yüksəldilməsi vurğulandı. İclasda çıxış edən fənn müəllimləri də nəticələrin yaxşılaşdırılmasına dair gğrülən işlərdən danışdı. Qərara alındı ki, vaxtaşırı olaraq təkcə ana dili, riyaziyyat və ingilis dili fənnlərindən deyil, digər fənnlərdən də məktəbdaxili qiymətləndirmə aparılmalıdır. Məktəbdaxili qiymətləndirmə BŞTİ-nin monitorinq nəticələri ilə müqayisə edilərək təhlil olunmalı, müsbət və mənfi cəhətlər aydınlaşdırılmalıdır. Məktəbin tədris həyatında əsəslı dəyişikliklər olmalıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi