XALQ ŞAİRİ VAHİD ƏZİZLƏ GÖRÜŞ

14.11.2019-cu il tarixində məktəbimizdə Azərbaycan Yazıçılar Birliyinin və  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Xalq şairi  Vahid Əzizlə görüş keçirildi. Görüşdə 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini Kəmalə Əncümənnur, gənc müğənnilərdən Əli Bünyad, vokalçı Ayan Tohiqi, “Vəfa ” sosial problemlərin həllinə dəstək ictimai birliyinin sədr müavini Babayeva Ayşən iştirak edirdi. Tədbirdə şagirdlərin ifasında Vahid Əzizin əsərlərindən nümunələr səsləndirildi, pyeslərindən səhnəciklər göstərildi, müğənnilərin ifasında V.Əzizin sözlərinə yazılmış nəğmələr dinlənildi. Şagirdlərin suallarına cavab verən V.Əziz son illərdə yazdığı şeirlərini oxudu. Tədbirin sonunda xalq şairi Vahid Əziz bu görüş üçün məktəb kollektivinə minnətdarlığını bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi