TALASSEMİYA VƏ ŞƏKƏRLİ DİABET HAQQINDA MAARİFLƏNDİRİCİ TƏDBİR
06.11.2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə Talassemiya və şəkərli diabet xəstəliyi haqqında maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Sabunçu rayonu 7 saylı Birləşmiş şəhər Xəstəxanasının həkimi Günay Kazımova iştirak etdi. O, şagirdlərə talassemiya və şəkərli diabet xəstəlikləri, onların yaranma səbəbləri haqqında ətraflı məlumat verdi. Şagirdlərin sualları G.Kazımova tərəfindən cavablandırıldı.