NARKOMANIYAYA YOX DEYƏK

05.11.2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə "Narkomaniya yox deyək!" adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin YYÇPİTB -nin rəisi, polis mayoru Əli Babayev, 14-cü PB-nin YYÇ-ın işləri üzrə baş inspektoru polis mayoru Rafiq İsmayılov iştirak etdi. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxış etdilər. Narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu.

Tədbirin sonunda məruzəçilər tərəfindən antinorkamaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbir 28 nömrəli tam orta məktəbin həm müəllim, həm də şagird  kollektivi tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi