UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR
31.10.2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə Uşaq hüquqları aylığı çərçivəsində "Uşaqlar bizim gələcəyimizdir " adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra ibtidai sinif şagirdlərinin ifasında maraqlı şeir, mahnı, səhnəciklər göstərildi. Təqdim olunan nömrələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.