UŞAQ HÜQUQLARI-İNSAN HÜQUQLARIDIR

   30. 10. 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə Uşaq Hüquqları aylığı çərçivəsində tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Uşaq hüquqlarına həsr olunmuş tədbirdə Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov iştirak etdi. N.Gözəlov tədbir iştirakçılarına Uşaq Hüquqları Konvensiyası haqqında danışdı. O, hər bir uşağın hüquq və vəzifələrindən söz açaraq şagirdlərə maraqlı məlumatlar verdi. N. Gözəlov vurğuladı ki, hər bir uşağın yaşamaq, təhsil almaq, sağlamlıq, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma hüquqları var. Hər bir uşaq öz hüquq və vəzifələrini bilməli və ondan düzgün istifadə etməlidir. O qeyd etdi ki, dövlətimiz uşaqların yaxşı yaşaması, sağlam böyüməsi, keyfiyyətli təhsil alması üçün müvafiq tədbirlər görür. Hər bir uşaq bu şəraitlərdən istifadə edərək dövlət, cəmiyyət və ailə qarşısında şəxsi məsuliyyətini dərk etməyin, bilik, bacarıq və vərdişlərə yiyələnməyin, təhsil aldığı məktəbin intizam qaydalarına riayət etməyin onların ən ümdə vəzifəsi olduğunu bilməlidir. N. Gözəlov insan alverinə qarşı  mübarizə haqqında da tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə haqqında qanun insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir. Tədbir qarşılıqlı diskussiya şəklində davam etdi. Şagirdlərin sualları N.Gözəlov tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi