"BEYNƏLXALQ SÜLH GÜNÜ"

          20 Sentyabr 2019-cu il tarixində Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə " 21 Sentyabr Beynəlxalq Sülh günü "  münasibətilə Sabunçu rayonu 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə  reabilitasiya mərkəzi ilə birgə təşkil olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlərin asfalt üzərində çəkdikləri rəsmlərlə birgə Reabilitasiya mərkəzinin gəncləri tərəfindən  hazırlanan əl işlərinə baxış keçirildi. Sülhü əks etdirən əl işləri, bir-birindən maraqlı şeir və musiqi nömrələri alqışlarla qarşılandı. Reabilitasiya mərkəzinin gənclərindən - Quliyeva Mətanət,Quliyev Sadiq,Saramanov Əziz,Cəfərov Ramil, Həsənov Devran, Qrişanov Vadim, Əliyev Seymur, İsayeva Şəfaqət, Allahverdiyeva Aygün, Rəhimova Gülnar, Əliyeva Şəbnəm, Xəlilova Kamilə,Hüseynəliyeva Telnaz, Ağayeva Mələkxanımın çıxışları məktəbin şagirdləri tərəfindən maraqla qarşılandı. Bu görüş 28 nömrəli tam orta məktəblə Reabilitasiya mərkəzinin gəncləri arasında yeni yaranmış dostluğun əsasını qoydu.Tədbirin sonunda  mərkəzin direktoru Rəhilə xanım Həsrətova  birgə əməkdaşlıq üçün 28 nömrəli məktəbin müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi