2019-2020-ci tədris ilinin ilk ümumvalideyn iclası
2019-2020-ci tədris ilinin fəaliyyət planına əsasən 09 sentyabr 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə ümumvalideyn iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Məktəbin direktoru Q.Əmircanova valideynlərə 2018-2019-ci tədris ilinin yekunları haqqında məlumat verdi. Daha sonra o, yeni tədris ilində qarşıda duran vəzifələrdən söhbət açdı. İclas zamanı məktəb rəhbərliyi valideynlərin suallarını cavablandırdı.