“Bir ovuc təbəssüm – bir dünya uşaq” adlı tədbir

31 may 2019-cu il tarixində Bakı Şəhəri Sabunçu rayonu  28 nömrəli tam orta məktəbdə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  münasibətilə tədbir keçirildi.  Tədbir Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının müavini Rəna Fərəcova, İctimai – siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin böyük  məsləhətçisi Böyükağa Əhmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini  Aydın Yusifov, sektor müdiri Zamin Əhmədov, Sabunçu Rayonu Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, rəis müavini Malik Məmmədov, aparıcı-məsləhətçi Elnarə Məmmədova və digər qonaqlar iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qənirə Əmircanova açaraq 14 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib sakinlərin ixtiyarına verilən 28 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi adından ölkə başçısına minnətdarlığını bildirdi. O, “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  münasibətilə bütün şagirdləri təbrik edib, onlara aydın səma, parlaq günəş və bol-bol sevinc arzuladı.

Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının müavini Rəna Fərəcova çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” nın böyük əhəmiyyətini xüsusi vurğuladı. O, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunmasından sonra uşaqların hüquq və azadlıqlarının qorunması işinin daha da möhkəmləndirildiyini və bu istiqamətdə daha geniş imkanlar açıldığını qeyd etdi.   

           Məktəbin koridorları şagirdlər tərəfindən hazırlanmış müxtəlif əl işləri, sərgi və al-əlvan çiçəklərlə bəzədilmişdi.Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunan mahnı dinləyicilərin qəlbində xoş ovqat yaratdı. Müxtəlif ölkələrin geyim formasını özündə əks etdirən şagirdlərin ifasında “Sülh nəğməsi”  böyük maraqla qarşılandı. Şagirdlərin bugünkü sevincinə şərik olmaq üçün əməkdar artist Zaur Əmiraslanov da tədbirdə çıxış edərək bir-birindən gözəl nəğmələri ilə könül oxşadı. Onun ifasında ilk dəfə  28 nömrəli tam orta məktəbə həsr olunmuş himn səsləndi. 296, 209 və 28 nömrəli tam orta məktəbin komandaları arasında keçirilən futbol və basketbol oyunlarının qalibləri müəyyən olundu və diplomlarla mükafatlandırıldı. Məktəbin həyətində asfalt üzərində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunan müxtəlif rəsm əsərləri Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayonu Gənclər və İdman İdarəsinin nümayəndələri tərəfindən bəyənilərək müxtəlif hədiyyə və diplomlarla təltif olundu. Şagirdlərin bir-birindən maraqlı rəqsləri, yaddaqalan ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.  

Tədbirin sonunda şagird və qonaqların iştirakı ilə səmaya şarlar və sülh rəmzi olan göyərçinlər buraxıldı.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi