“Valideynin məktəbdə bir günü”

30 may 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı tədbir keçirildi. Tədbirdə 28 nömrəli tam orta məktəbin valideynləri iştirak etdilər. Valideynlərin iştirakı ilə müxtəlif fənlərdən “Nümunəvi dərs” lər  təşkil olundu. Bununla yanaşı, onlar akt zalında şagirdlərin ifasında maraqlı tədbirə tamaşa etdilər. Tədbir “2018-2019-cu tədris ilinin Fəaliyyət planı” na əsasən tədris ili ərzində keçirilən tədbirlərdən təşkil olunmuş hesabat formasında valideynlərə təqdim olundu. İbtidai sinif şagirdləri bu tədbirdə daha çox fəallıq göstərdilər. Şagirdlərin ifasında “28 May-Müstəqillik  günü” nə  və   “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş  bir-birindən maraqlı mahnı və şeirlər dinlənildi, rəqslərə tamaşa edildi. Tədbirin sonunda məktəbin direktoru Qənirə Əmircanova tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi