Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı bayram tədbiri

24 may 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbin 3 “A” sinfinin təşkil etdiyi Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı. 1918-ci ildən bu günə qədər Azərbaycan tarixini əks etdirən fotoşəkillər “Koroğlu”  uverturasının sədaları altında nümayiş etdirildi. Aparıcılar Azərbaycan xalq Cumhuriyyətinin yaranması və Azərbaycanın şanlı tarixi haqqında məlumat verdilər. Daha sonra şagirdlər tərəfindən şeirlər söylənildi, mahnılar ifa edildi. Tədbir Ümumimilli Lider Heydər Əliyevin səsləndirdiyi “Azərbaycan” şeirinin misraları ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi