Tanınmış yazıçı Elxan Elatlı Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan 6 "A" sinfinin qonağı oldu

24 may 2019-cu il tarixində yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı 28 nömrəli tam orta məktəbdə Mübariz İbrahimovun adını daşıyan 6 “A” sinfinin qonağı oldu. Tədbirdə Elxan Elatlının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Qisas gecəsi" əsərinin müzakirəsi keçirildi. Tədbirin məqsədi şagirdlərin düşüncəsi ilə yazıçının ideyasını qarşılaşdırmaq, onlarda vətənpərvərlik duyğularını möhkəmləndirmək idi. Müzakirənin özəlliyi o idi ki, heç bir müəllimin müdaxiləsi olmadan tərtibat və təşkilatçılıq da məhz şagirdlərə məxsus idi. Tədbirdə Milli Qəhrəman  Mübariz İbrahimovun şücaətli həyat yolundan danışıldı və həmçinin “Qisas gecəsi” əsərindən səhnəcik nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi