“İnsan hüquqları və Narkomaniya” adlı tədbir

15 may 2019-cu il tarixində 28 nömrəli tam orta məktəb və 22 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “İnsan hüquqları və Narkomaniya” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov, Sabunçu Rayon İH-nin nümayəndəsi Ədalət Teymurov, İdman və Gənclər İdarəsinin rəisi Rakif Əliyev və Bakı şəhər narkoloji dispanserin həkim narkoloqu Məmmədəli Həsənov iştirak etdi. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu, həmçinin erkən nigahların uşaqların psixologiyasına mənfi təsiri ilə bağlı çıxış etdilər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olundu. Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Bütövlükdə tədbir 28 nömrəli tam orta məktəbin həm müəllim, həm də şagird kollektivi tərəfindən qiymətləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi