“Ailəliklə kitabxanaya”

14 may 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə “Beynəlxalq Ailə Günü” nə həsr olunmuş “Ailəliklə kitabxanaya” adlı “Dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa” da məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, hətta valideynlər də iştirak etdi. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin birgə əməkdaşlığı ilə ailə-məişət mövzularından bəhs edən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası, C.Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi, S.S.Axundovun “Qaraca qız” hekayəsi və H.İsmayılovun “Ögey ana” filmindən  səhnəciklər nümayiş olundu. Tədbirdə xüsusi qeyd olundu ki, məktəb-valideyn əməkdaşlığı daimi olmalı, şagirdlərdə kitaba və kitabxanaya maraq il boyu izlənilməlidi. Valideynlər çıxış edərək, məktəb rəhbərliyinə belə tədbirlərin mütəmadi təşkil olunduğu üçün  minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi