Ulu öndər Heydər Əliyevin 96-cı  ildönümünə həsr olunmuş tədbir

06 may 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 96-cı  ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx maraqla qarşılandı.Daha sonra şagirdlərin ifasında  Ümummilli liderə həsr olunmuş mahnı və şeirlər  təqdim olundu. Şagirdlərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnı və şeirlər səsləndirildi. Ümummilli liderin 96-cı ildönümü münasibətilə  məktəbin tarix müəllimlərinin 6-cı sinif şagirdləri arasında hazırladığı intellektual bilik yarışı keçirildi. Şagirdlərin Ulu öndərin həyat və fəaliyyəti haqqında verilən suallara verdiyi cavablar dahi şəxsiyyətin müasir gəncliyin həyatında nə qədər önəmli rol oynadığını sübut edirdi. Yarışda qalib gələn komanda “Fəxri  Fərman” ilə təltif olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi