“Görmə orqanı” mövzusunda “Nümunəvi dərs”

2 may 2019-cu il tarixində 28 №li tam orta məktəbdə 8 "C" sinfində biologiya fənnindən “Görmə orqanı” mövzusunda “Nümunəvi dərs” keçirildi. Biologiya müəllimi Şərəbanı Zeynalovanın təşkil etdiyi dərsdə şagirdlər heyvan gözünü yararaq onun daxili quruluşunu öyrəndilər. Onlar bir-birinin görmə itiliyini və Daltonik olma ehtimalını yoxladılar. Araşdıraraq əldə etdikləri Brayl əlifbasını digər uşaqlara göstərdilər. Göz xəstəlikləri barədə olan təqdimatlarını nümayiş etdirdilər. Rollu oyun vasitəsilə göz zədələnməsi zamanı necə ilk yardım göstərilməsini və tədqiqat apararaq binokulyar görməni izah etdilər. Həmçinin görmə orqanına aid məsələlər həll etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi