“Gülzar nənə ilə uşaqların kitab bayramı” adlı tədbir

19  aprel 2019-cu ildə 28 nömrəli tam orta məktəbdə “Oxu günü” ilə əlaqədar 3 “E” sinfinin müəllimi Ülkər Mahmudovanın təşkilatçılığı ilə “Gülzar nənə ilə uşaqların kitab bayramı” adlı tədbir keçirildi. Tədbir  iştirakçıları  Yazıçılar Birliyinin üzvü Gülzar İbrahimovanın əsərlərindən səhnəciklər nümayiş  etdirdilər. Müxtəlif  rəqs  nömrələri  tədbiri  daha da rəngarəng  etdi. Şagirdlərin maraqlı  sehr nümunələri tamaşaçılarda  maraq  yaratdı. Tədbirin  sonunda yazıçı Gülzar İbrahimova uşaqlara  gələcək təhsil yollarında uğurlar arzuladı. O, təbdirdə iştirak  edən şagirdləri  xüsusi  hədiyyələrlə mükafatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi