“Valideynin məktəbdə bir günü” adlı tədbir

17 aprel 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı tədbir keçirildi. Tədbirdə 28 nömrəli tam orta məktəbin valideynləri və digər məktəblərin müəllimləri iştirak etdilər. 28 nömrəli tam orta məktəbdən 14 müəllim “Nümunəvi dərs” təşkil etdi. Valideyn və müəllimlərin  bu dərslərdə iştirakı təmin edildi. Dərslərin müzakirəsindən sonra onlar akt zalında şagirdlərin ifasında maraqlı tədbirə tamaşa etdilər. Tədbir “2018-2019-cu tədris ilinin Fəaliyyət planı” na əsasən tədris ili ərzində keçirilən tədbirlərdən təşkil olunmuş hesabat formasında valideynlərə təqdim olundu.Tədbirin sonunda məktəbin direktoru Qənirə Əmircanova tədbir iştirakçılarına minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi