İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı tədbir

    12 aprel 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qənirə Əmircanova açdı. O, İ.Nəsimi poeziyasının fəlsəfəsi haqqında şagirdləri məlumatlandırdı. Tədbirdə “Nəsimi” filmində baş rolun ifaçıları Azərbaycan Respublikasının xalq artistləri Rasim Balayev, Şeyx Əbdül  Mahmudov, əməkdar artist Xalidə Quliyeva, Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının sədri Könül Məmmədzadə, BDAT-nın sədr müavini Tünzalə Teymurova, AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Elyar İslamoğlu, "Füyüzat" jurnalının əməkdaşları  və digər qonaqlar da iştirak etdilər. Məktəbin şagirdləri böyük şairin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii  kompozisiya ilə çıxış etdilər. Tədbirin sonunda Rasim Balayev, Şeyx Əbdül  Mahmudov, əməkdar artist Xalidə Quliyeva çıxış edərək "Nəsimi" filminin çəkilişi haqqında maraqlı söhbətlər etdilər. Onlar İ.Nəsimini bir şair kimi yenidən xalqımıza bəxş edən Ulu öndər H.Əliyevin düzgün siyasətinin nəticəsi olduğunu xüsusi olaraq vurğuladılar. Tədbirin sonunda Mütəllim Dəmirovun canlı muğam ifası alqışlarla qarşılandı. Məktəbin musiqi müəllimi Könül Yusifovanın canlı ifası və şagirdlərin poeziya çələngi tədbirə xüsusi rəng qatdı. Tədbirin sonunda digər qonaqlar da çıxış edərək  yeni fəaliyyətə başlayan 28 nömrəli  tam orta məktəbə gələcək təhsil yollarında uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi