IX sinif şagirdləri Bakı Gənclər Mərkəzində

9 aprel 2019-cu ildə  9 “A” və 9 “B” sinif şagirdləri coğrafiya müəllimi Fəxrəndə İsmayılovanın rəhbərliyi ilə Bakı Gənclər Mərkəzində infoturda iştirak etdilər. İnfotur zamanı şagirdlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumatları özündə əhatə edən muzey ilə tanış oldular. Daha sonra isə Mərkəzdə fəaliyyət göstərən rəsm, şahmat, piano, yoqa, rəqs, kompüter, xarici dil və virtual sinif otaqlarını gəzərək dərslərlə bağlı məlumatlar əldə etdilər. Sonda film otağında tariximizlə bağlı sənədli film izləyən şagirdlər maraqlı faktlarla tanış oldular.     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi