“Fairy tale” adlı tədbir
5 aprel 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə ingili-dili müəllimi Sevda Ağayevanın təşkilatçılığı ilə tədbir keçirildi. “Fairy tale” adlandırılan tədbirdə demək olar ki, məktəbin bütün siniflərindən uşaqlar cəlb olunmuşdu. Tədbirdə uşaqlar dil bacarıqlarını nümayiş etdirərək ingilis-dilində bir-birindən gözəl mahnılar oxudular, rəqs etdilər, şeirlər söylədilər. Sonda “Cinderella” tamaşası səhnələşdirildi. Ümumilikdə tədbir yüksək səviyyədə hazırlanmışdı.