Aprel döyüşlərinə həsr olunmuş "Nümunəvi dərs"

4 aprel 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə İlhamə Musayevanın I “A” sinfində  Aprel döyüşlərinə həsr olunmuş “Qələbənin başlanğıcı” adlı “Nümunəvi dərs” təşkil olundu.  Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aygün Mehdiyeva, UBT rəhbəri Nərmin Abbasxanova və bir neçə müəllim iştirak etdi. Dərs  Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Daha sonra müəllim günün mahiyyəti barədə uşaqlara məlumat verdi. Hər şagird bir şəhid obrazını canlandırdı. Dərsdə direktor müavini Aygün Mehdiyeva və UBT rəhbəri Nərmin Abbasxanova uşaqlarla işğal olunmuş torpaqlarımız haqqında söhbət apararaq, Aprel döyüşləri ilə bağlı öz fikirlərini bildirdilər. Dərs  Vətən marşının birgə ifası ilə yekunlaşdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi