Aprel döyüşlərinə həsr olunmuş tədbir

3 aprel 2019-cu il tarixində III “A” sinfində  sinif müəllimi Mehri Ələkbərovanın təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş “Qələbəyə doğru” adlı tədbir keçirildi. Tədbir şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı. Daha sonra şagirdlərə Aprel döyüşləri, işğaldan azad edilən kəndlərimiz və bu yolda şəhid olan igidlərimizlə bağlı geniş məlumat verildi. Şagirdlər şəhidlərimizə və Vətənə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda and içərək söz verdilər ki, Vətənə və Vətən uğrunda canından keçən şəhidlərimizə layiq olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi