31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

29 mart 2019-cu il tarixində 28 nömrəli tam orta məktəbdə xalqımızın ən ağır tarixi məqamlarından biri olan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi. Soyqırıma məruz qalan soydaşlarımızın xatirəsi  bütün məktəb kollektivi tərəfindən bir dəqiqəlik sükutla yad edildi.  IX sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu, bu haqda müzakirələr aparıldı. Məktəbin tarix müəllimi və tədris işləri üzrə direktor müavini Gülsən Soltanova Soyqırım haqqında təqdimat nümayiş etdi. O öz çıxışında 31 mart hadisələrini dünya tarixinin ən qanlı səhifələrindən biri olduğunu qeyd edərək, dünya soyqırım hadisələri ilə müqayisələr apardı. Sonda məktəbin direktoru Qənirə Əmircanova çıxış etdi və bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildirdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi