“Yurdumuza bahar gəlir” adlı tədbir

17 mart 2019-cu ildə 28 nömrəli məktəbdə Bakı məktəblilərinin birgə əməkdaşlığı ilə Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı ədəbi-bədii tədbir keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və təşkilatçılığı ilə təşkil olunan tədbir möhtəşəmliyi ilə fərqlənirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev başda olmaqla digər qonaqların   da qatıldığlı  bayram tədbirində məqsəd xalqımızın milli adət-ənənələrinə olan sayqısını, hörmət və ehtiramını şagirdlərin təqdimatında nümayiş etdirmək idi. Tədbirdə həmçinin Sabunçu Rayon İcra başçısının müavini Rəna Fərəcova,  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov və digər şəxslər də iştirak edirdi. Qonaqlar  məktəblilərlə birlikdə bayramın gəlişini təntənəli surətdə  qeyd etdilər. Bakı məktəblərinin birgə iştirakı ilə olan Novruz şənliyində müxtəlif musiqi nömrələri, rəqslər, rəsm əsərləri nümayiş olundu. Bütün məktəblərin Novruz bayramına aid müxtəlif formada təqdimatları maraqla qarşılandı. Kosa və keçəlin əyləncəli oyunları, atmacaları, məktəblilərin ifasında Dədə Qorqudun hikmətli sözləri alqışlarla qarşılandı. Tonqalın ətrafında milli paltarlarla halay vurub yallı gedən uşaqların  sevinci yerə-göyə sığmırdı. Tədbirin sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev məktəbliləri Novruz bayramı münasibəti ilə təbrik edib gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi