2 “F” sinfində nümunəvi dərs keçirildi
12 mart 2019-cu il tarixində Arzu Məmmədovanın rəhbərlik etdiyi 2 “F” sinfində Azərbaycan dili fənnindən nümunəvi dərs keçirildi. Mövzu “Ana təbiətin uşaqlara məktubu” idi. Dərs maraqlı motivasiya ilə başladı. Tədqiqat sualı verilərək şagirdlərin fərziyyələri dinlənildi, müxtəlif metod və üsullardan istifadə edildi. Sonra müəllim qruplarla maraqlı yarış təşkil etdi. Dərsin müxtəlif mərhələlərində aparılan qiymətləndirmə şagirdlərin fəallılığını artırdı. Sonda isə uşaqlar təbiətə məktub yazıb ağacın budağından asdılar. Mövzu şagirdlər tərəfindən mənimsənildi.