“Bahar nəğmələri” adlı tədbir

5 mart  tarixində 2018-2019-cu tədris ilinin Fəaliyyət Planına əsasən məktəbimizdə od çərşənbəsinin  gəlişi ilə əlaqədar  “Bahar nəğmələri” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin bütün şagird və müəllim kollektivi fəal iştirak etdi.  Musiqi sədaları altında rəqs edən şagirdlərin üzündən bayram sevinci yağırdı. Bahar qızının gəlişi, keçəl və kosanın oyunu  alqışlarla qarşılandı.  Səməni və tonqal ətrafında rəqs edən şagirdlər "İgidlər" və "Yallı" rəqslərini xüsusi məharətlə ifa edirdilər.   Tədbirdə iştirak edən qonaqlar şagirdlərin hazırladıqları maraqlı bayram nömrələrinə tamaşa etdi və əl işləri ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi