"Şəhidlər ölməz, Vətən bölünməz"

21 fevral 2019-cu il tarixində 1 “B” sinif müəllimi Aysel Qafarovanın təşkilatçılığı ilə 1992-ci il təvəllüdlü 20.02.2011-ci il tarixində xidməti vəzifəsini yerinə yetirən zaman “Döş boşluğunu dəlib keçən güllə yarası” nəticəsində həlak olan şəhid Naib Quliyevə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir təşkil olundu. 1 “B” sinfində oxuyan şəhidin bacısı Rəqsanə Quluzadə qardaşı haqqında şeir danışdı. Şəhidin anası Raziyə xanımın oğlu haqqında xatirələrindən ibarət səs yazısı dinləndi. Şəhidin şəkillərindən ibarət sərgi hazırlandı. Tədbirdə məktəbin müəllimləri İ.Musayeva, S.Əkbərova da iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi