Gender bərabərliyi
28 fevral 2019-cu il tarixində Maştağa qəsəbəsi 187 №-li tam orta məktəbdə “Gender zorakılığı cəmiyyətin faciəsi” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbirdə Maştağa qəsəbəsində yerləşən 8 məktəb iştirak edirdi.İştirak edən məktəblər içərisində bizim məktəb də vardı. Məktəbimiz də bu tədbirdə Səməd Vurğunun “Aygün” poeması və şagirdlərimizin hazırladığı rəsmlərlə çıxış etdi. “Aygün” poemasından Aygün obrazını məktəbimizin 9B sinif şagirdi İsmayılzadə Lalə, Əmirxan obrazını isə 7D sinif şagirdi Babazadə Sənan canlandırdı. İsmayılzadə Lalə tədbirdə öz fəal iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərman ilə təltif olundu.